Ömrün olub şaxtalı qış, Buz kəsəcək ciyərlərimi, Soyuq külək edər alqış, İtirdikcə dəyərlərimi, Üstümdəki qar-yorğanım, Üzərində donmuş qandı, Dünən əsən çovğan idi, İndi günəşlə yanandı, Qar yağdıqca abidəmdə, Möhkəmləşən buz heykəldi, Dalğalanır qanda dəniz, Sanki üşümüş yelkəndi, Titrəyən donmuş əliylə, Öz qardaşın sıxa bilmədi, Büründü kəfəniylə, Yıxan soyuğu yıxa bilmədi, Qan dərəsi, tək canavar, Ölüm gölü, qayıq sınmış, Qolda güc yox çəkmir avar, Onun alnı belə yazılmış...