Qazandığım qəm qüssə, xərclədiyim—qəhər olacaq, Dostlarım qara ilanlar,qonaqlığda—zəhər olacaq, Düşmənlərin insanlardır,ölümümlə-zəfər olacaq, Sevgilim soyuq daşlar,evim—donmuş səngər olacaq, Sahilim böyük Bakı, sözlərim--Xəzərdə ləpələr olacaq, Məhkəməmdə hakim sənsən,məni saxlayan dəmir çəpər olacaq, Dağ olsamda,mən də sənsiz,səninlə təpələr olacam, Geciksəmdə görüşlərə,mən sübsüz səhər olacam, Dağıdacam qarşımdan hər keçəni tufandan betər olacam, Saralacaq səhifələrim,unudulmuş əsər olacam, Sonda qaçqın olub vücudumdan,bu həyatdan köçər olacam, Ümüdlsüzlük adasında,bir qayıq tək biçər olacam, Ümüdsüzlərə ümüd olum, Bilirəm ki,düzdür yolum, Düşmən olsa sağım solum, Sınsa ayaq,əlim,qolum, Bu yoldan keçər olacam, Qorxaqların cəsarəti, Sönmüş qəlblər hərarəti, İgid kəslər məharəti, Azğınlara dərd-çər olacam, Hər gün yersiz əziyyəti, Pis durumu,vəziyyəti, İşsizlərin kor niyyəti, Zəhmətkeş alında tər olacam, Dərin dərəli,uca dağlı düzləri, Həmişə axşam olan,günəşsiz gündüzləri, İçdə ağlayan,üzdə gülən üzləri, Ağladacam,qaranlığa qərq olacam, Yandıracam özgə bayraqları, Sindıracam zalımlarda ayaqları, Bərkidəcəm məndə dayaqları, Bir sözlə təmiz Şərq olacam...