Tələbə yoldaşların, yolda qaldı gözləri, Gülümsəmək arzusunda qəmli baxışlı üzləri, Təkrarlanır dillərində mərhumların şən sözləri, Tökülən qan qisasına həsrət qalan 30 aprel... Güya qatil öldürübdür özünü, Bilirəm ki, söyləmirlər çox şeyləri düzünü, Ağlamaqdan çıxaracaq gözünü, Ata-ana qəlblərinə dağlar vuran 30 aprel... İtaət etmədi o gün Allaha, Dünəndən etibar yox sabaha, Baxmayıb dərdə, böyüyən aha, Sonsuza dək cəhənnəmdə qalan 30 aprel... Ürəklərdə qaldı neçə arzu diləklər, Sındı soyuğluqdan polad biləklər, Qala divarların yıxdı küləklər, Qəbrin üstə qaldı ağlar anan 30 aprel.... M.M
|